RUH YÜKSƏKLİYİMİZ, İNAMIMIZ ÖZÜMÜZƏ QAYTARILDI

679

15 iyun – Milli Qurtuluş günü

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri HeydərƏliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası iləölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoydu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.

Məlumdur ki, çətin günlərdə, həlledici  məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində beləşəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu  xalqın lideri , onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi,  ərazicə parcalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasınıöz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı.
Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz H.Əliyev Doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. 1993- cü ilin iyun ayının 15-də qayıdışı ilə o, tariximizin yeni bir mərhələsini – quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.

Bəli, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızıözümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinəçevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik vəəzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinəçevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Bir sözlə, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Respublikamızda qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişafedən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinəçevrildi. Azərbaycan xalqıöz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması iləəldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan qazilərmiz müalicə və reabilitasiya üçün hətta Türkiyəyə göndərilib.

Qələbəmizdən ruhlanan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kollektivi dövlətimizə və dövlətçiliyimizə sədaqətini hər zaman nümayiş etdirib.

Qeyd edim ki, Vətən MüharibəsindəKollecimizin 6 şəhid məzunu və 4 tələbə qazisi olub.

Uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yarandığı ilk dövrlərdən təlim-tərbiyə prosesini Azərbaycan təhsilinin gözəl ənənələri üzərində qurmuş SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci  bu gün də Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır.

Əlavə edim ki, pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşməyib. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə müvəffəq olunur.

Kollecimizdə də bütün karantin qayda və qanunlarına ciddi riayət edilir.

Əminəm ki, kollektivimizin uzun illər toplamış olduğu zəngin təcrübəni daha da artıracaq və respublikada müasir tələblərə cavab verən mütəxəssislər  hazırlanması işinə bundan sonra da var qüvvəmizi sərf edəcəyik.

Bütün xalqımızı Kollecimizin kollektivi adından 15 iyun – Milli Qurtuluş günü münasibətiləürəkdən təbrik edirəm!

Mətanət Pirquliyeva, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecin direktoru,

Kimya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər