Sabah yeni nazirlərin yerinə üzvlər seçiləcək

1139

Sabah nazir vəzifəsinə təyin edilən deputatların yerinə üzvlər seçiləcək.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlama verib. Onun sözlərinə görə, mayın 1-i və 4-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçriləcək.

İclasın gündəliyinə 52 məsələ daxil edilib. İclasda baxılacaq əsas məsələlərdən biri də Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi olacaq.

Qeyd edək ki, Milli Məclisin 4 deputatı (Rövşən Rzayev, Fuad Muradov, Muxtar Babayev və Vüsal Hüseynov) Nazirlər Kabinetinin yeni tərkibində yer alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər