Şahmat üzrə onlayn Sumqayıt çempionatı keçirildi

457

19 fevral 2021-ci il tarixində Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə www.chess.com internet portalında sürətli şahmat (BLİTZ) üzrə kişi və qadınlar arasında onlayn Sumqayıt çemponatı keçirilmişdir. 3 dəqiqə olmaqla 9 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunmuş yarışda 74-ə yaxın şahmatçı iştirak etmişdir. Qeyd edək ki, yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün idman məktəblərində, cəmiyyət və klublarda təlim-tərbiyə prosesinin müvəqqəti olaraq dayandırıldığından idmançıların ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün onlayn formatda təşkil edilmişdir. Maraqlı idman mübarizəsi şəraitində

keçən çempionatda qadınlar arasında Səbinə Rzalı (7 xal) birinci, Aytac Kərimli (6 xal, ə=30,5) ikinci, Nurtən Nuriyeva (6 xal, ə=27,5) isə üçüncü yeri tutmuşlar. Kişilərin mübarizəsində Murad İbrahimli (9 xal), Rüstəm Rüstəmov (7 xal, ə=38) və Yunis Mahmudzadə (7 xal, ə=37) müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər