Şahmat üzrə şəhər birinciliyi sona çatdı

1773

17-22 dekabr 2018-ci il tarixlərində Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ümüd Allahverdi (8 yaş), Elçin Şəkərəliyev (10 yaş), Şamil Məmmədov (12 yaş), Abil Yaqublu (14 yaş), Rahim Əliyev (16 yaş) oğlanlar, Lalə İsmayılzadə (8 yaş), Nuray Yarəliyeva (10 yaş), Aytac Kərimli (12 yaş), Məhluqə Zülfüqarlı (14 yaş), Elmira Qurbanova (16 yaş) isə qızlar arasında  bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yarışda I – III yerləri tutmuş idmançılar 2019-cu ilin yanvar ayında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ əldə etmişlər.

Birinciliyin qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər