Şahzadə ilə evlənən Meqanın dəhşətli keçmişi – Bacısı ilə 9 ildi DÜŞMƏNDİ – FOTOLAR

2092

Məşhur mahnının sözlərində deyilir ki, yaşın 30-u adlasa də, ümidini üzmə, ağ atlı şahzadən mütləq gəlib səni tapacaq. Bir neçə il əvvələdək bu sözlərə bəlkə də gülüb keçərdik. Meqan və şahzadə Harrinin sevgi nağılına şahid olanadək…

Amerikalı əsmər Meqan Markl filmdə də deyildiyi kimi, istedadlı aktrisa, bloger, xeyriyyəçi və nəhayət gözəl xanımdır. Şahzadə ilə əfsanəyə dönən toyundan sonra hersoginya Megan Marklın şəxsi həyatı hər kəsin maraq dairəsindədir.

Publika.az mulat hersoginyanın həyatının ən maraqlı məqamlarını təqdim edir.

Meqan Markl 1981-ci ilin 4 avqustunda Los-Ancelesdə doğulub. Atası Tomas holland və irland mənşəlidir. Ömrünün böyük hissəsini televiziyada çalışaraq keçirib. Anası Doriya Redlan isə afroamerikalıdır. İxtisasca psixoterapevt olan Doriya həm də peşəkar yoqa təlimçisidir.

Meqanın valideynləri cəmi 8 il birgə yaşayıblar. Onun bioqrafiyasını diqətlə gözdən keçirsək, həyatının ən xoşbəxt illərinin də o dövrə təsadüf etdiyini görərik. Meqan bütün müsahibələrində atasının cəsur qəlbindən, irqi ayrı-seçkiliklə bitməz mübarizəsindən qürurla danışır.

Bir gün atası Meqana “Barbi” brendindən oyuncaq ailə hədiyyə edir. Meqan qutunu açır və ağdərili ata, qaradərili ana ilə körpə kuklaları görür. Sonralar öyrənir ki, ağ və qaradərili ailə oyuncaqlar mağazalarda ayrıca satılır. Tom həmin oyuncaları eyni qutuya qoyaraq qızına qarşıq ailə modeli düşüncəsini ən məsum şəkildə aşılamaq istəyib. Meqan deyir ki, bundan sonra atasına olan məhəbbəti daha da güclənib.

Aktrisa həmçinin etiraf edir ki, dərisinin rəngi ən dəyərli genetik mirasıdır. “Demək olar ki, hər gün bununla bağlı qəribə fikirlər eşidirəm. Etnik və irqi bərabərliyin hökm sürdüyü Los-Ancelesdə doğulub, böyümüşəm. İnsanlar anamı dayəm hesab edirdilər. Çünki onun dərisinin rəngi mənimkindən daha tünd idi. Hətta bir dəfə yoldan keçən bir nəfər anama o ifadə ilə müraciət etdi. Həmin vaxt onun yanında idim, gözləri dolmuşdu. Mənsə yalnız əlimi onun ovcunun içində bərk sıxıb, hiddətlə: “Narahat olma, ana, hər şey yaxşıdır” – deyə bildim.

Məktəbdə oxuyanda başıma daha bir qəribə hadisə gəlmişdi. Bizə bir vərəq verdilər. Özüm haqda məlumatları yazılı şəkildə qeyd etməli idim. İlk sual belə oldu: Sən ağsan, qarasan, afroamerikalısan, asiyalısan?

Mən uzun müddət çaş-baş halda anketə baxdım. Bu bəndlərin birini seçmək valideynlərimin yalnız birinə üstünlük vermək idi. Qələmi atıb, o sualı cavabsız qoydum. Düşündüm ki, anam bunu görsəydi, necə üzülərdi.

Похожее изображение

Axşam baş verənləri gizlincə atama danışdım və onun cavabı bütün həyatımı dəyişdi. Atam dedi: Sən öz bəndini çiz, qoy o yalnız sənə məxsus olsun ki, seçim etməyə məcbur qalmayasan”.

Afroamerikalı Doriya ərinin ikinci xanımı idi. Tomun ilk nikahdan olan qızı Samanta Qrant dəfələrlə Doriyanı dərisinin rənginə görə təhqir edir, “sən xidmətçi olmaqdan başqa bir işə yaramırsan” deyirdi. Bu hadisədən uzun illər keçməsinə baxmayaraq, Meqan hələ də Samanta ilə gərgin münasibətdədir. Ögey bacılar 9 ildir ki, bir-biri ilə bütün əlaqəni kəsiblər. Maraqlıdır, kiçik bacısının şahzadə xanımı olduğunu eşidəndə Samanta nə hisslər keçirib?!

Doriya Tomla boşandıqdan sonra qızını tək böyüdür. Onu mükəmməl insan kimi yetişdirmək üçün əlindən gələni əsirəmir. “Qara mələk” qızının qəlbində mərhəmət toxumları əkir. Dəfələrlə irqi mənsubiyyətinə görə alçaldılsa da, xarakteri günbəgün polad kimi bərkiyir. Məşhurlaşandan sonra da fotolarda dərisinin rənginə müdaxiləni, yaxud onu makiyaj edənlərə açıq çalarlı tonal kremlərdən istifadəni qadağan edirdi. Göz yaşları qəlbini yuyub, gücləndirən Doriya qızına da dəri rəngindən utanmadan irəliləməyi tövsiyə edir və hər addımında onun arxasında durur. Hətta qızının şahzadə sevgilisi ilə şəxsən tanış olmaq üçün dəfələrlə Londona gəlib, Meqanın kral ailəsində rahat yaşaması üçün əlindən gələni əsirgəmir.

Meqan deyir ki, anası ona hər şeydən öncə “dünya sakini” olmağı, həyatın ən sərt üzü ilə qarşılaşmağı öyrədib. Özü ilə birgə qızını Yamaykanın ən kasıb məhəllələrinə aparıb, insanların acı güzəranını göstərib.

Картинки по запросу roditeli megan markl

Meqanın televiziya ilə ilk tanışlığı da uşaq vaxtı başlayır. Atası televiziyada çalışdığı üçün onu tez-tez özü ilə birgə işə aparırdı. Meqan da ən məşhur aktyorlarla ünsiyyətdə olurdu. Həmçinin valideynləri kifayət qədər təminatlı olduqları üçün Hollivud ulduzlarının öladları ilə bir məktəbdə oxuyurdu. Ailə dağılandan sonra Tom Meksikaya köçür, Meqan isə anası ilə birgə qalır.

İncəsənətə olan dərin marağına rəğmən, Meqan təhsilini də diqqətdən kənar qoymurdu. Hər gün kitab oxuyur, yeni biliklər mənimsəyirdi. Hətta cəmi 11 yaşı olanda feminizm ideyaları ilə maraqlanmağa başlayır və ekrana çıxan yeni reklamı tənqid edərək Hillari Klintona məktub yazır. Reklamın əsas süjet xətti mətbəxdə eyni təmizləyici vasitədən istifadə edən müxtəlif qadınlardan ibarət idi. Qızcığaz məktubunda qadınları xidmətçi, xadimə kimi təqdim edən bu videoçarxa etirazını bildirib, onları belə alçaltmağın haqsızlıq olduğunu yazırdı. Ən maraqlısı odur ki, məktub Klintonun əlinə çatır. Kütləvi İnformasiya Vasitələri arasında böyük qalmaqal yaradan bu reklam 11 yaşlı Meqanın etirazı ilə ekranlardan qaldırılır.

Картинки по запросу malenkaya megan markl

Meqan 5 yaşından yalnız elit məktəblərə gedib, varlı ailələrin, eləcə də məşhurların övladları ilə birgə oxuyub. Məktəbdə aldığı zəngin təhsil sayəsində istənilən ali məktəbə qəbul ola bilərdi. O isə televiziya və siyasi fəaliyyət arasında qalır.

Amerika Şimal-Qərb Universitetinin Kaliforniya filialında təhsil aldığı dövrdə Meqan iki arzusunu da gerçəkləşdirməyə qərar verir. İki ixtisas üzrə bakalavr təhsilini tamamlayır – aktyorluq və beynəlxalq əlaqələr. 2003-cü ildə ali təhsilini başa vururb, ABŞ-ın Argentinadakı səfirliyində internaturaya qəbul edilir. Buenos-Ayresdəki səfirlikdə ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmağa başlayır.

Meqan Marklın kinoda ilk rolu 2002-ci ildə ekranlara çıxan “Baş hospital” teleserialında olur. Bu kiçik başlanğıcdan sonra gənc aktrisa jurnalların üz qabığını bəzəməyə başlayır. Daha sonra bir neçə seriallara da dəvət alan Meqanın əhəmiyyətli məşhurluğu 2011-ci ildə baş tutur. Elə həmin il ABŞ-ın ən reytinqli seriallarından olan “Fors major” ekrana çıxır. Çətin kastinqlərdən keçən aktrisa nəhayət Reyçel Zeyn obrazını canlandırmağa müvəffəq olur. Bu obraz ona xaraktercə də çox yaxın idi.

Картинки по запросу megan markl engelson

2004-cü ildə Markl məşhur kinoprodüsser Trever Engelsonla görüşməyə başlayır. 7 il birgə yaşadıqdan sonra cütlük nəhayət evlənməyə qərara verirlər və Meqan missis Engelson olur. Cəmi iki il sürən ailə həyatından sonra missis və mister Engelsonlar yollarını ayırırlar. Bundan sonra Meqan bir müddət irland mənşəli qolfçu Pori Makilroyla görüşür.

Və 2016-cı ildə mediada xəbər yayılır ki, Meqan şahzadə Harri ilə eşq yaşayır. Gənclər əlaqələrini gizlətməyə çalışsalar da, nişanlanandan sonra hər kəs onlardan xəbər tutur. Harrinin nənəsi II Yelizaveta bu ittifaqa şəxsən razılıq verir. Bu günlərdə təmtəraqlı toyu olan cütlük 2018-ci ilə öz möhürlərini vururlar. Toyda Meqanı qonaqların hüzuruna qaynatası Şahzadə Çarls gətirir, çünki öz atası naməlum səbəblərdən iştirak edə bilmir. Toyda iştirak edə bilməyən qonaqlar arasında Harrinin sevimli anası, mərhum Ledi Diana da vardı. Harri toy zamanı kilsədə atasının sol yanındakı kürsünün boş qalmasını istəmişdi. O qəlbən inanırdı ki, anasının ruhu mütləq gələcək. Həmçinin sevimli həyat yoldaşına Diananın əfsanəvi üzüyünü hədiyyə etdi. Meqanın əlindəki gül buketi də Diananın sevimli çiçəklərindən yığılmışdı.

Картинки по запросу harry and meghan wedding

Meqan bütün bunlarla yanaşı, kulinariyaya dərin maraq göstərir, keyfiyyətli bədii əsərlər oxuyur, həmçinin özünü modelyer dizayner kimi sınayır. Aktrisanın dərin maraqla izlənilən “The Tig” sayt-bloqu ailə qurandan sonra dondurulub. Həmçinin kral ailəsinin üzvü olduğu üçün digər sosal şəbəkələrdən də istifadə etməsinə qadağa qoyulub. Qadağaların biri də odur ki, hersoginya Meqan kral iqamətgahının içərisində selfi çəkə bilməyəcək. Yəqin ki, kral ailəsinin bir parçasına çevrilmək bütün bu qurbanlardan daha üstündür.

Leyla Sarabi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər