14 mart 2010-cu il Yeniyetmələr və Gənclər arasında Sayokan Döyüş sistemi üzrə II-açıq “Novruz” Turniri keçiriləcək.
Sayokan Döyüş sistemi üzrə II-açıq “Novruz” Turniri 14 mart 2010-cu il tarixində Sumqayıt şəhər Paralimpia İdman Kompleksində keçiriləcək. Turmirdə Bakı, Sumqayıt, Dəvəçi, Biləsuvar, Beyləqan, Qubadlı, Goranboy, Agcəbədi. Fizuli, Agdam, Ucar, Yevlax komandaları və digər döyüş növlərindən ( Kentavr, Kincutsu, Şahdag klubları ) iştirak edəcək. İştitakçılar Sayokan döyüş növünün A-B sistemlərində mübarizə aparacaq. Bütun komandalar (4-toy dərəcəsindən aşagı) istənilən say tərkibdə təmsil olunacaq.
Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: « Bu yarış ənənəvi keçirdiyimiz yarışlardan biridir.Məqsəd xalqımızın adət ənənələrini özündə əks etdirən Növruz bayramını idmançılar arasında və döyüş növləri sahəsindədə qeyd olunmasıdı.Turnirin keçirilməsinə indidən yüksək səviyyədə hazırlıq gedir. Yarışda iştirak edəcək komandalar güclü komandalardı və hər yarışımızda güclülərin dahada artdıgını görüruk.Məhs bunun üçün belə yarışlar vasitəsilə həmdə idmançılarımızın qabiliyyətini artırırıq . Regionlarda bir çox güclu idmançılar var ki, bunlar da səviyyəli döyüş nümayiş etdirəcək. Bu yarışda həmdə mütləq çəki dərəcəsində seçilmiş idmançılar öz gücünü sınayacaq. Hal hazıda yarışın texniki məsələri həll olunur və hakimlərimizin yarış qabagı seminarları davam edir.»
Turniri Mərkəzin prezidenti Vasif Namazov, 1-ci Vitse-prezident Allahverdi Zamanov, Texniki Direktor Kamil Usubov, Baş Katib Emin Mirzəməmmədov, Sumqayıt Sayokan klubunun prezidenti Asiman Abdurrəhmanov və “Azər Eyvazov” adına Sayokan idman klubunun prezidenti Arzu Eyvazova tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirəcək.
Turnirdən sonra 15 mart 2010 -cu il tarixində Dünya Azərbaycanlıları Əlaqələndirmə şurasının ofisində ( İstiqalaliyyət…8.) turnirlə baglı press-konferensiya keçiriləcək. Turnirə bütün mediya mənsubları eləcədə bütün telekanallar dəvətlidir.
İltizam
Sayokan ( Savaşcının Yolu və Kanı ). SAYOKAN ; ” SAvaşçının (döyüşçünün) YOlu və QANı” cümləsindəki sözlərin baş hecalarının birləşdirilməsi anlamına gəlir. Savaşçı sözu ilə necə döyüşçü olunacağının yolunu, yəni ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyətini və intizamını ; Yolu sözü ilə ərdəmliliyi, barışı, çalışqanlığı, sevgini, hörməti tarixdəki böyüklərinin, adət və ənənələrini ;, Qanı sözü ilə də tarixdəki qəhrəmanların birliyini, davamiyətini məqsədi daşıyır. Dünya Türkləri’ nin döyüş sənətidir. Ay tərəfindən (aypara) strategiyası, qurd qapanı oyunları ilə,Türkcə anlayışlar bütünü ilə, sıradüzən ünvanları ilə, qəhrəmanlıq oyunları ilə, Sayokanın ən üst ünvanından ən alt ünvanına qədər Sayokan içində yaşadılan adətiylə, fəaliyyətlərindəki Türk mədəniyyətinin yaşadılma səyləriylə, mədəni davranış intizamları ilə Türk döyüş sənətidir. Dünya döyüş sənətləri arenasında Türk xalqlarının səciyəsini, qabiliyyətlərini ortaya başqa döyüş sənətləri ilə deyil Türk döyüş sənəti ilə layiqi ilə sübut etmə dayanıqlılığı nöqtəsində tək Türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir. Sayokan “Yabgu” Nihat Yıgıt tərəfindən qurulmuşdur. Sayokanın bugünkü gəldiyi nöqtəyə onun perespekrivli işləri və səyləri ilə nail olmuşdur. Bundan sonra artıq Türk xalqlarının qatqı və dəstəkləri ilə inkişaf edərək dahada böyüməlidir.
Əlaqə:
Sayokan Mətbuat Xidməti – Eyyub Kamaloglu
Mob.: +994 55 789 77 16
Tel.: +994 18 644 10 43
E-mail: sayokan@inbox.ru