SDU-da Anım Günü ilə əlaqədar konfrans keçirildi

521
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ounur.  Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sentyabrın 26-da  Sumqayıt Dövlət Universitetində Anım Günü ilə əlaqədar olaraq “27 sentyabrdan başlanan Zəfər yolu” mövzusunda konfrans keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qeyd etdi ki, bu gün xalqımız, milyonlarla insan 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri böyük iftixar hissi ilə yaşayır. Bu qürurverici bir məqamdır. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə elə bir dərs verdi ki, bu dərs bütün tarix boyu yaddan çıxmayacaq.
 27 Sentyabr 2020-ci il tarixində başlanan müharibə Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad edildi. Bu torpaqların işğaldan azad edilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycanın Müzəffər Ordusunun gücü ilə reallığa çevrildi.
Professor Elxan Hüseynov onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində şəhidlərimizin xatirəsi daima anılır, şəhid ailələri ziyarət olunur, onlara qayğı və diqqət göstərilir. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi müzəffər ordumuzun sıralarına yazıldılar və düşmənə qarşı döyüşlərdə iştirak etdilər.
Rektor çıxışının sonunda Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor  Adil Baxşəliyev “30 illik işğala son 27 sentyabr 2020-ci ildən başlayır” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. 30 ilin həsrətinə, ağrı və acısına son qoyuldu. Bu gün bu qələbəni bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın yeni tarixini yazdılar və adları tariximizə əbədi həkk olundu.
Məruzə ətrafında Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Müharibənin başlanması və gedişi”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri, dosent Səvvarə Rzaquliyeva “Vətən müharibəsi dövründə xalq ordu birliyi”, Tarix və coğrafiya fakültəsinin tələbəsi, müharibə iştirakçısı, veteran Sahib Mənsimov “Vətən müharibəsindən xatirələr”, Klubun müdiri  Xalidə Quliyeva “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzularında çıxış etdilər. Bildirdilər ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər