SDU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi

609
Fevralın 2-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı,Gənclər Günü münasibətilə gəncləri təbrik edib, onların hər birinin dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.
Professor Elxan Hüseynov müstəqil Azərbaycanın gənclər siyasətinin əsasının məhz  Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı və  ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğuladı. Bildirdi ki, əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.
Rektor onu da diqqətə çatdırdı ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident cənab İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır.
Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Osman Hacıyev “Heydər Əliyev ideyaları xoşbəxt gələcəyin təminatçısıdır”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev “Heydər Əliyev və dövlət gənclər siyasəti”, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti   Sevinc Hadıyeva “Müasir Azərbaycan gənclərinə dövlət qayğısı”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi, SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu “Sumqayıt Dövlət Universitetinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində rolu” , Mühəndislik fakültəsinin II kurs magistrantı, SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı “44 günlük Zəfər – Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyinin təcəssümüdür” mövzularında çıxış etdilər, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışdılar. Bildirdilər ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Natiqlər onu da qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədə gənclərin rolundan, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən, eləcə də Sumqayıt Dövlət Universitetində gənclərinin fəaliyyətindən, universitetin rektoru professor Elxan Hüseynov tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs etdilər. Bildirdilər ki, Sumqayıt Dövlət Universiteti bu gün dövlətin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsinə, könüllülük fəaliyyətinin genişlənməsinə öz töhfəsini verməkdədir. Ölkənin ali təhsil müəssisələri arasında Gənclər siyasətində ilk yerləri tutan SDU gənclərin maarifləndirilməsi, onların inkişafı üçün bir çox addımlar atır. Rektor Elxan Hüseynov və professor-müəllim heyəti tələbə gənclərin xalqına sevgi və dövlətinə sadiqliklə yanaşan vətəndaşlar kimi formalaşmaları, milli ruhda tərbiyə almaları, qabiliyyətlərinin üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından daim tələbə gənclərə öz dəstəyini göstərirlər.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Karyera və Məzunlarla İş Mərkəzinin müdiri dosent Əmirxan İsayev, Kimya və biologiya fakültəsinin professoru Muxtar Səmədov çıxış edərək bildirdilər ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbdən öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaqdır. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub-saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var, Ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər