SDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirildi

548
Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt Zalında “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirildi.
Tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı Sumqayıt Musiqi Kollecinin nümayəndələri iştirak etdilər.
Konsert proqramı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən videoçarxın nümayiş olunması ilə başladı.
Sonra Sumqayıt Dövlət Universitetinin Klub müdiri Xalidə Quliyevanın ifasında şair Ramiz Duyğunun müəllifi olduğu “Ulu Öndər” şeiri təqdim edildi.
Daha sonra Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Rauf Məmmədov kimi bəstəkarların əsərləri və musiqisi Sevil Əliyevaya məxsus “Ana” mahnısı Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifalarında təqdim olundu.
Sumqayıt Musiqi Kollecinin kamera orkestri və xalq çalğı alətləri ansamblının Bədii rəhbərləri  Kamran Teymurov, Könül Bəkirova və Şəms Əliyeva, Dirijor Respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilova, Kollecin müəllimləri Aşıq Elçin Rəşid oğlu, Ayşə Əmrahova, Sumqayıt Musiqi Kollecinin və Sumqayıt Dövlət Universitetinin istedadlı tələbələri Rəvan Alməmmədli, Səkinə Qasımova, Kənan Əhmədzadə, Televiziya Muğam Müsabiqəsinin laureatı Sədəf Budaqova Ümummilli Liderimizə həsr olunan mahnı və simfoniya əsərləri ilə bərabər, Vətən, qəhrəmanlıqla bağlı nəğmələr təqdim etdilər.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov və Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva iştirakçıları salamladı və tələbələrin uğurlu çıxışlarını yüksək dəyərləndirdilər. Qeyd etdilər ki, tariximizə qızıl hərflərlə həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Tədbirdə qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam etdiriləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər