SDU-nun şəhid məzunu məzarı başında anıldı – FOTO

572
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin bir qrup müəllim və tələbələri Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında məzun – 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Elnur Səmədovu ziyarət etdilər.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. 2005/2006-cı tədris ilində Mühəndislik fakültəsində Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması ixtisasının əyani şöbəsinə qəbul olunub və 2009-cu ildə həmin ixtisas üzrə məzun olub. Ailəli idi. Bir oğlu və bir qızı var. Elnur Səmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər