SDU-nun tələbələri II Ümumrusiya esse olimpiadasında yer tutublar

359
Universitetinin Xarici Dillər Kafedrası tərəfindən universitetin 55 illiyinə həsr olunmuş “Gələcəyin universiteti necə olmalıdır?” mövzusunda II Ümumrusiya xarici dildə esse olimpiadası keçirilmişdir.
Olimpiadada Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan Respublikalarından ingilis dili bölməsi üzrə ümumilikdə 75 universitet və 985 tələbə iştirak etmişdir.
Sumqayıt Dövlət Universitetindən Filologiya və Mühəndislik fakültələrinin tələbələri bu olimpiadada iştirak etmiş və müvafiq yerlərə layiq görülərək sertifikat əldə ediblər.
Olimpiadanın nəticələrinə əsasən I yerə 936-cı qrup tələbəsi Şəhanə Fərzəliyeva (Elmi rəhbəri Xarici dillər kafedrasının müəllimi Ləman Qocayeva), II yerə 662-ci qrup tələbəsi Qəhrəman İsmayılov ( Elmi rəhbəri Dil və tərcümə Mərkəzinin direktoru baş müəllimi Jalə Məmmədova), III yerə 944A qrup tələbəsi Jalə Ağadadaşova və həvəsləndirici yerə 944-cü qrup tələbəsi Xumar Rzayeva (Elmi rəhbərləri Xarici dillər kafedrasının baş müəllimi Səadət Xəlilova ) layiq görülüblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər