Yaxın günlərdə Sumqayıtdan təyyarə ilə Ukraynaya 50 tondan çox humanitar yardım göndəriləcək.
Bunu “APA-Economics”ə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Onun sözlərinə görə, humanitar yardımın ümumi dəyəri on milyonlarla dollar qiymətləndirilir: “Biz buna görə çox minnətdarıq. Bura tibbi avadanlıq və dərmanlar, uzun saxlama müddəti olan qida məhsulları daxildir ki, məhz onlara bizim böyük ehtiyacımız var. Bu, hələ də Rusiyanın təcavüzündən əziyyət çəkən bölgələr üçün çox lazımdır. Bu yardımı göstərən ölkə rəhbərliyinə və sadə vətəndaşlara çox minnətdarıq. Biz başa düşürük ki, bu, Azərbaycanın özünə lazım olan bahalı avadanlıq və məhsullardır. Buna baxmayaraq, qardaş xalq bizə bu yardımı edir. Ona görə də düşünürəm ki, bu, davam edəcək və çox qarşılıqlıdır”.
Səfir xatırladıb ki, 44 günlük müharibə vaxtı Ukraynanın sadə vətəndaşları hər şeyin necə getdiyi ilə çox maraqlanır və narahat idilər: “İndi bütün bunları burada hər gün küçəyə çıxanda hiss edirəm, sadə insanlardan dəstək sözləri eşidirəm
www.sumqayitxeber.com