dır.
Bazarın ön hissəsində əsas pay sahibi olan 66 sahibkarla bazarın direktoru Rəşid Babayev arasında davam edən münaqişə məhkəmə salonlarına qədər daşınsa da, bitmək bilmir. R.Babayev 66 sahibkara məxsus olan ərazinin ona məxsus olduğu söyləsə də, sahibkarlar əllərində 1994-cü ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanuni sənədlərinin olduğunu söyləyərək buna əks çıxırlar. Nəticədə isə şəhərin mərkəz hissələrindən birində yerləşən bu böyük bazar çox bərbad gündədir. Üstəlik bu yaxınlarda bazarın tavanı da uçmuşdu. Nə 66 sahibkar öz dükanlarını normal bir vəziyyətə sala bilir, nə də direktor bazarda kompleks şəkildə təmir-bərpa işləri aparmağı bacarır.
Qeyd edək ki, 66 sahibkardan biri – Yusif adlı şəxs danışsa da, bazarın direktoru R.Babayevlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.
sumqayitxeber.com saytı xeberle.com-un ərazidən hazırladığı foto və video reportajı təqdim edir:
Fotolat və videonun müəllifi Ömürtay Şükürlüdür.
Müzakirə qapadılmışdır.