Siyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi

2280

Mərhum xalq artisti Siyavuş Aslanın oğlu ATV-də yayımlanan “Bizimləsən” proqramında qonaq olub.

Unikal.org xəbər verir ki, qalmağa yeri olmadığını bildirən Çingiz son zamanlar hostellərdə yaşadığını söyləyib.

Proqram zamanı bildirilib ki, Çingiz qaraciyər serrozundan əziyyət çəkir. Sonuncu üz tutduğu hosteldə isə onun başına bir şey gələcəyindən qorxub, qalmağa icazə verməyiblər.

Çingiz atasından qalan evi 4 il əvvəl satdığını bildirib:

“İstədim pulu çoxaldım, biznes qurum. Amma alınmadı… Müalicəmə də çox pul yığılıb. Ailəm alınmadı… Təzədən ərə gedib, yaşıyır. İndi ailəm, uşaqlarım harada yaşayır bilmirəm, məndən gizlənir”.

Qeyd edək ki, veriliş zamanı bildirilib ki, Çingiz müvəqqəti sığınacağa yerləşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər