SOCAR “Azərikimya” İB-dən məlumat

503

Bu gün bir sıra sosial şəbəkələrdə və informasiya portallarında yayılan xəbərlərdə Xəzər dənizinin Goradil, Fatmayı sahil boyu ərazisində plastik, ağ dənəvər şəklində, mənşəyi məlum olmayan tullantının aşkarlanması haqqında məlumat yayılmışdır.

Yayılan xəbərlərə SOCAR-ın “Azərikimya” İB tərəfindən də dərhal reaksiya verilmiş, qeyd olunan tullantıdan nümunələr göturülərək müvafiq laboratoriyalarda analizlər aparılmışdır.

Aparılan laborator müayinələrin nəticəsinə uyğun olaraq bildiririk ki, qeyd olunan maddə Azərbaycan mənşəli deyil və SOCAR-ın kimya emalı müəssisələrində istehsal olunan polimerlər qrupuna aid deyildir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər