“SOCAR Polymer” ixrac gəlirlərini 50%-dək artırıb

704

Bu ilin yanvar-fevral ayında “SOCAR Polymer” şirkəti 29,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 49,5% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin ilk iki ayında şirkət 20 mln. dollar dəyərində məhsul ixrac edib.

“SOCAR Polymer” şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min ton və 120 min ton təşkil edir.

Hüseyn Vəliyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər