Bakı Dövlət Universitetinin daha bir müəllimi vəfat edib.
Lent.az-ın məlumatına görə, universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Şölə Mövsüm qızı Şirəliyeva 76 yaşında dünyasını dəyişib.
Ş.Şirəliyeva 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
Qeyd edək ki, son bir həftədə Bakı Dövlət Universitetinin daha 4 müəllimi dünyasını dəyişib. Onlar universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının dosenti Tamilla Qurbanova, Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev və Filologiya fakültəsinin professoru Nizami Xəlilovdur.
Şölə Şirəliyeva