SUMQAYIT 70: 2000 illik tarixi olan CORAT - FİLM

4326

Sumqayıt, Bakıdan sonra Xəzər sahillərində yerləşən ən böyük şəhərdir. Bir zamanlar ona gənclik şəhəri deyirdilər.Çünki şəhərin ilk özül daşlarını düzənlər də, ilk sakinləri də gənclər idi.

Onun yarandığı ərazinin tarixi qədimdir.

Sumqayıtın ölkə həyatında özünəməxsus yer tutması təkcə onun yaranma tarixi, respublika iqtisadiyyatında mühüm rolu ilə kifayətlənmir. Bu şəhəri fərqləndirən əsas cəhətlərdən biri və bəlkə də başlıcası burada formalaşan təkrarsız mühitdir.

Bugünkü mövzumuzda Sumqayıtın ən qədim, tarixi abidələri ilə məşhur olan Corat qəsəbəsi ilə yaxından tanış olacağıq. Əslində Coratın dəqiq tarixini, yaşını bilən yoxdur.  Lakin deyilənə görə, 2000 yaşı var. Qəsəbənin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Ən mühimi isə ondadır ki, qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir.
sumqayitxeber.com Lider TV-nin Corat qəsəbəsinin tarixi ilə bağlı hazırladığı filmi təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər