Sumqayıt abituriyentləri üçün sınaq imtahanında yerlər dolub

707

“7 aprel tarixində keçirilməsi nəzərdə tutulan sınaq imtahanlarında Bakı və Sumqayıt şəhərlərinin abituriyentləri üçün nəzərdə tutulan yerlər dolub”. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
“Bakı və Sumqayıt şəhərləri üzrə bütün yerlər dolub. Amma bölgələrdə abituriyentlərin sınaq imtahanına yazılışı davam edir”.

Bu gün eyni zamanda TQDK tərəfindən yayılan məlumatda qeyd edilib ki, aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçiriləcək. İlk sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Lənkəran, Cəlilabad, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 46 binada keçirilir.

İmtahanda iştirak etmək üçün ölkə üzrə abituriyentlərə 34464 yer ayrılıb. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 28-də saat 9:00-dan başlanıb. Saat 14:00-a olan məlumata əsasən, artıq 20 mindən artıq abituriyent sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.

Aytən Əliyeva , modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər