“Sumqayıt” komandası 2021/2022 mövsümünün hazırlıqlarına start verib.
“Report”un klubun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində başlanan toplanışın birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. “Gənclik şəhəri” təmsilçisi iyunun 30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq. Görüş saat 18:30-da başlanacaq.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 2-dən Türkiyənin paytaxtı Ankarada keçirəcək. İyulun 16-dək Qızılcahamam bölgəsindəki “Çam Hotel”də məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların zamanı barədə əlavə məlumat veriləcək.