“Sumqayıt” Araz Abdullayevlə müqaviləni ləğv edib

185

“Sumqayıt” komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Təcrübəli oyunçu bir müddət öncə baş məşqçi Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından “Sumqayıt”da çıxış edirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər