Sumqayıt bələdiyyəsinin ötən dövrdəki fəaliyyəti müzakirə olundu

951

Bu gün Sumqayıt şəhərində “Hüquq və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bələdiyyələr ötən dövrdə ” mövzusunda dəyirmi masa təşkil edib.
“Yerli özünüidarəetməyə dəstək” QHT Koalisiyasının kordinatoru, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov “Bələdiyyələr ötən dövrdə: problemlər və perspektivlər” mövzusunda, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov isə “Bələdiyyələrin fəaliyyətinin hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Sumqayıt şəhər bələdiyyəsinin əməkdaşlarının və Hacı Zeynalabdın Tağıyev qəsəbəsinin bələdiyyə üzvlərinin iştirakı ilə keçən tədbir qarşılıqlı müzakirələr şəraitində keçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər