Sumqayıt boru zavodu “Baku Steel Company”nin nəzarətinə keçib

5802

“Azərboru” ASC “Baku Sleel Company” (BSC) poladəritmə zavodunun nəzarətinə keçib. SC-nin İdarə Heyətinin sədri Əzim Əzimov vəzifədən azad edilib. Onu Həsən Muradov əvəz edib. Buna qədər Muradov BSC-də rəhbər vəzifə tutub.

“Azərboru”dakı mənbə Turan-a bildirib ki, hazırda əsas vəsaitlərin inventarlaşdırılması gedir. Müəssisədə Sumqayıt boru-prokat zavodunun səhm nəzarət paketinin sahibləri barədə məlumat yoxdur. 2006-cı ildə Britaniyanın “Targol İnvestment” şirkəti “Azərboru” ASC-nin səhmlərinin 97%-dən məhrum olub. Onlar yenidən dövlətə keçib. O vaxtda yeni investisiya müsabiəqsi keçirilməyib. İstisna olunmur ki, “Azərboru” ASC-nin səhmləri BSC-yə başqa formada keçib.

Xatırladaq ki, “Baku Sleel Company” MMC-nin sahibləri məxfi saxlanılır. 1998-ci ildə müəssisə “Bakelektroqaynaq”ı özəlləşdirib. Şirkət həmçinin «Baku Oxygen Company” ASC və”Azərtəkrarqarametal”a nəzarət edir. Bu il yerli KİV BSC tərəfindən Bakıda bir neçə maşınqayırma və metallurgiya müəssisəsinin ələ keçirilməsi barədə dəfələrlə məlumat yayıb.

Bundan başqa, bu ilin iyulundan 20-dən çox kiçik metallurgiya sexi fəaliyyətini dayandırıb. Onların sahibləri deyir ki, prosesin arxasında “Baku Sleel Company” rəhbərliyi durur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər