“Sumqayıt Çörək ATSC” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ianə edib

1439

Sumqayıt şəhərində fəaliyyət göstərən dövlət qurumları, şirkətlər və fiziki şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində fəal iştirak edirlər. 

Sumqayıt Çörək ATSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər