Sumqayıt Dövlət Dram Teatrı mart ayının virtual repertuarını təqdim edib

616

Sumqayıt Dövlət Dram Teatrı mart ayı üçün fərqli janrlı, müxtəlif yaş kontingentinə ünvanlanan səhnə əsərlərindən ibarət repertuarını teatrsevərlərə təqdim edir.

AZƏRTAC xəbər verir ki, axşam tamaşalarından Elçinin “Qatil”, F.Arabelin “Fando və Lis”, M.F.Axundzadənin “Hacı Qara”, “Müsyö Jordan və dərviş Məstəli şah”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, İ.Məlikzadənin “Toy olsun”, C.Cabbarlının “Solğun çiçəklər”, Ə.Nesinin “Öldür məni canikom” kimi daim böyük maraqla izlənən əsərləri və eyni zamanda, azyaşlıların zövqünü oxşayacaq bir sıra uşaq tamaşaları həftə sonları “facebook” səhifəsindən canlı yayımlanacaq.

Həmçinin martın 20-i və 21-i azyaşlılar üçün “Tıq-tıq xanım”, martın 31-i isə Azərbaycanlıların soyqırımına həsr olunmuş “Buradan min atlı keçdi” tamaşaları teatrsevərlərin diqqətinə təqdim ediləcək.

Teatrın 2021-ci ilin mart ayı üçün hazırlanan aylıq repertuarı:

Martın 6-da A.Şaiqin “Qaraca qız” və Elçinin “Qatil”;

Martın 7-də “Əlibaba və qırx quldur” və F.Arabelin “Fando və Lis”;

Martın 13-də V.Qaufun “Balacaboy və yekəburun” və M.F.Axundzadənin “Hacı Qara”;

Martın 14-də N.X.Andersonun “Şahzadənin ulduzu” və İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”;

Martın 20-də A.Şaiqin “Tıq-tıq xanım”, S.Ələsgərov və İ.Məlikzadənin “Toy olsun”;

Martın 21-də A.Şaiqin “Tıq-tıq xanım” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”;

Martın 27-də A.Şaiqin “Tülkü həccə gedir” və C.Cabbarlının “Solğun çiçəklər”;

Martın 28-də M.Tvenin “Şahzadə və dilənçi” və Ə.Nesinin “Öldür məni canikom”;

Martın 31-də Hidayətin “Buradan min atlı keçdi” (Azərbaycanlıların soyqırımına həsr olunur).

Gündüz tamaşaları saat 12:00-da, axşam tamaşaları isə 18:00-da təqdim ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər