Sumqayıt Dövlət Universitetində bayram tədbiri baş tutdu

166

Mayın 22-də Sumqayıt Dövlət Universitetində “Düzüm–2026” layihəsi çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş bədii tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Elmat Xəlilov SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəylinin adından salamlayaraq, Millət vəkili, akademik Rafael Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən belə bir layihə ilə 28 May Müstəqillik Günü ərəfəsində SDU-nun professor-müəllim və tələbə heyətinin qonağı olduqlarına görə onlara təşəkkür edib.

Elmar Xəlilov çıxışında “Qaytarılan torpaq” sənədli filminin müəllifi və rejissoru Vahid Mustafayevin, həmçinin filmin baş qəhrəmanı, bəstəkar-şair Rasim Müzəffərlinin vətənpərvərlik ruhunda ərsəyə gətirdikləri sənət nümunələrinin əhəmiyyətini, filmdə əks olunan hadisələr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfərin və qəhrəmanlıq salnaməsinin mühüm səhifələrini özündə əks etdirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, rejissor Vahid Mustafayev, bəstəkar-şair Rasim Müzəffərli və digər qonaqlar sosial layihələrə göstərilən dəstəyə görə Sumqayıt Dövlət Universitetinə minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra “Qaytarılan torpaq” sənədli filmi nümayiş etdirilib. Filmdə işğaldan azad edilmiş Füzuli rayonunun timsalında mülki və hərbi insanların yaşantıları tamaşaçılara təqdim olunub. Yekunda layihə iştirakçıları SDU-nun qazi məzunlarına qiymətli hədiyyələr təqdim etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər