Sumqayıt gənclərinə il ərzində nə qədər pul ayrılır?

615

“10-15 il əvvəl ümumiyyətlə tədbirlərin təşkili üçün vəsait ayrılmırdı. Lakin dövlətimizin bu sahəyə diqqəti həssas olub və indi də həssasdır. Bu baxımdan dövlətimizin imkanlarının artması bizim fəaliyyət büdcəmizin artmasına səbəb oldu. Halbuki əvvəlki illərdə fəaliyyət büdcəsi çox az idi”.

Bu sözləri   Sumqayıt şəhər  Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov bildirib.  Onun sözlərinə görə, keçən il üçün gənclər siyasəti sahəsinə ayrılan büdcə 50 000 AZN-ə yaxın idi isə, 2012-ci il üçün bu büdcə 90 000 AZN olub: “İdman sahəsinə də 2012-ci il üçün 90 000 AZN-ə yaxın vəsait ayrılıb.  Fəaliyyət büdcəsi çərçivəsində idmançıların ezamiyyəti, gənclər üçün müxtəlif təlimlərin, idman və gənclər sahəsində mədəni-kütləvi, bədii-əyləncəli tədbirlərin təşkilinə, habelə müxtəlif gənclər təşkilatları və şəbəkələri tərəfindən təşkil olunan tədbirlərə dəstək verilməsinə sərf olunur”.  “xeberle.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər