Sumqayıt gənclərinin biznes forumu keçirildi

545

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Sumqayıt gənc biznesmenlərinin I forumu” layihəsi çərçivəsində Novxanıda “Aff hotel”in konfrans zalında tədbir keçirilib.

Layihənin icraçısı Nicat Xudiyev sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, layihəyə ümumilikdə 120 gənc cəlb olunub. Gənclərin biznes fəaliyyətinə başlamasına və biznes sahəsində bacarıqlarının artırılmasına dəstək olmaq üçün  həyata keçirilən forumda Qafqaz Universiteti Texnopark müdiri İsa Qasımov, təlimçi Talıb bayramov və suqmayitxeber.com saytının təsisçisi və baş redaktoru Eyvaz Qocayev iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər