Sumqayıt həkimləri minifutbol turnirinə qatılıblar

535

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi minifutbol turnirinə start verib.

Yarışın açılış mərasimində çıxış edən mərkəzin direktor müavini İlkin Namazov komandalara uğurlar arzulayıb. O, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğından danışıb.

Qeyd edək ki, mayın 6-na kimi davam edəcək turnirdə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan müəssisələrin əməkdaşlarından ibarət 8 komanda mübarizə aparır. Oyunlar Sumqayıt futbol klubunun mini futbol meydançasında təşkil edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər