Sumqayıt həkimləri xroniki ürək çatışmazlığının müasir müalicə üsulları ilə bağlı müzakirə aparıblar

605

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində “Xroniki ürək çatışmazlığı: müasir müalicə metodları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda şəhər kardioloqları ilə yanaşı Sumqayıt Tibb Mərkəzinin (STM) direktor müavini İlkin Namazov, Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Famil Qaflanov da iştirak edib.

Mərkəzdən bildirilib ki, seminarda poliklinika şöbəsinin kardioloqu Xatirə Əliyeva mövzu ilə bağlı təqdimatla çıxış edib. Xroniki ürək çatışmazlığını yaradan səbəblər haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. Xəstəliyin əlamətlərindən, müasir müalicə üsullarından və qəbul edilmiş dünya protokollarından bəhs olunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda həkimləri maraqlandıran suallar cavablandırılıb. Bu kimi maarifləndirici seminarların mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər