Sumqayıt ictimaiyyəti Qubada Soyqırım Memorial Kompleksinə təşkil olunmuş yürüşdə iştirak edib – FOTOLAR

2276

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi soyqırımın 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə təşkil olunmuş yürüşə qatılıblar.

Yürüşdə millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Eldəniz Səlimov, Azər Badamov Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi iştirak edib.

Tədbir iştirakçıları  Quba Soyqırımi Memorial Xatirə Kompleksini və erməni daşnaklarını Qanlı dərədə darmadagın etmiş qəhrəman vətən övladlarının xatirəsinə Qusarda ucaldılmış Qılınc Abidəsini ziyarət ediblər.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işləri zamanı məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər