Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

434

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.
Xeberle.com xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
Onun sözlərinə görə, “Azpal” QSC-yə də Parkın rezidenti statusu verilib.
“Şirkət Parkın ərazisində investisiya dəyəri 58,9 milyon manar olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradacaq və 160 nəfər işlə təmin edəcək”, – deyə nazir qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər