Etilen-polietilen zavodunun bir qrup mütəxəssisi təcrübə mübadiləsi üçün Fransaya yola düşmüşdür
«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 7 nəfərdən ibarət mütəxəssislər qrupu EP-300 istehsalatında tikintisi başa çatmaqda olan, Fransa mütəxəssisləri tərəfindən layihələndirilərək quraşdırılmış yeni susoyutma qurğusunun texnoloji xüsusiyyətləri, işləmə prinsipi ilə bilavasitə istehsalat şəraitində tanış olmaq və ilk gündən başlayaraq onun səmərəliliyinə nail olunması məqsədilə bu gün səhər təcrübə mübadiləsi üçün Fransaya yola düşmüşdür.
Birliyin istehsalat sahələrində yeniləşmə prosesi, müasir texnologiya və avadanlıqların tətbiqi proqramına uyğun olaraq müasir tipli, ekoloji təmiz və yüksək məhsuldarlıqlı yeni susoyutma qurğusunda bugünlər elektrik və nəzarət-ölçü cihazlarının son quraşdırma-sazlama işlər aparılır. Yeni susoyutma qurğusu hazırda istismarda olan qurğudan yalnız ekoloji təmiz və kompakt olması, yüksək məhsuldarlığı ilə deyil, həm də xidmətin daha asan olması və təhlükəsizliyi, susoyutma prosesinin maksimum avtomatlaşdırılması, bunun nəticəsi olaraq isə xidmət personalının az olması ilə fərqlənir.
Yeni qurğunun bütün texniki sistemləri üzrə mükəmməl idarə olunması məqsədilə təcrübə mübadiləsi qrupuna energetika, nəzarət-ölçü cihazları üzrə mühəndislər, təmirçi-çilingər, nasos-qurğu maşinisti və s. mütəxəssislər daxil edilmişdir.
sumqayitxeber.com