Sumqayıt kimyaçıları qana ehtiyac duyan insanlara dəstək olublar

718

SOCAR “Azərikimya” İstehsalat Birliyində növbəti qanvermə aksiyası keçirilib. Tədbir ənənəvi olaraq hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, aksiya SOCAR-ın dəstəyi və “Azərikimya” İB-nin dəvəti ilə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqada tərəfindən aparılıb.
Xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilən bu xeyirxah təşəbbüsdə – müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra yüzlərlə kimyaçıdan qan götürülüb.
Qeyd edək ki, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində “Azərikimya” İB-də qanvermə aksiyası 2010-cu ildən bəri ildə iki dəfə olmaqla təşkil olunur. Qanvermə aksiyası sonuncu dəfə 2020-ci ilin sentyabrında keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər