“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

534

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı bəzi infrastruktur yenilikləri etməyə hazırlaşır.

Bu barədə “Report”a müsahibəsində klubun prezidenti Riad Rəfiyev ətraflı danışıb.

O bildirib ki, ilk olaraq müxtəlif yaş qruplarındakı komandaların məşq etdiyi meydançanın örtüyü dəyişdiriləcək: “Bununla bağlı fəaliyyətə başlamışıq. Sıradan çıxmaqda olan köhnə örtüyü yeni süni qazonla əvəzləyəcəyik”.

Riad Rəfiyev daha bir layihə haqqında da danışıb: “Bazamıza bitişik boş ərazi var. Artıq səlahiyyətli dövlət qurumları ilə razılaşdırmanın son mərhələsindəyik. Yekun razılıq əldə olunduqdan sonra həmin ərazidə uşaqlar üçün qapalı məşq meydançası tikməyi planlaşdırırıq. Bununla bağlı layihəmiz də hazırdır. Nəzərə alsaq ki, bazamız dənizə yaxındır, payız və qış fəsillərində hava soyuq və küləkli olur, belə olan halda isə valideynlər uşaqların məşq şəraitindən haqlı olaraq narahatlıq keçirirlər. Qapalı meydançada isə bu kimi problemlər aradan qaldırılacaq”.

Klub prezidenti hazırda əsas komandanın məşq etdiyi ehtiyat meydançanın qazonunun dəyişdirilməsi ilə bağlı planlarının olduğunu da deyib: “Bazamızda iki təbii örtüklü meydançamız var. Bunlardan birində əsas komanda oyunlarını keçirir, digərində isə məşqlərimiz baş tutur. Hazırda məşq sahəsinin qazonunda yenilənmə işləri aparmağa başlamışıq. Yaxın zamanda yeni, daha keyfiyyətli qazonla təmin olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər