Sumqayıt komandaları mükafatlandırıldı

882

Futbol üzrə Azərbaycan çempionatının qalibi olmuş Sumqayıt komandaları mükafatlandırıldı.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 iyun 2019-cu il tarixində Gənclər evində 2018-2019-cu illər mövsümündə Region Liqasında, XI-X sinif şagirdləri arasında Azərbaycan birinciliyində və çimərlik futbolu üzrə X yaşlılar arasında Azərbaycan çempionatında müvafiq olaraq qalib gəlmiş “Uğur” FK-u, futbol üzrə şəhər yığma komandası və “Sünami” FK-nun idmançıları məşqçiləri və rəhbərləri ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdi, ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğuladı. Daha sonra çıxış edən Veteran futbolçu Azərbaycan Respublikasının Əməkdar məşqçisi Telman Salahov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov və “Uğur FK-nun prezidenti Vasif Maşayev ölkə birinciliyinin qalibi olmuş hər üç komandanın idmançılarını təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Çıxış edən futbol üzrə şəhərin baş məşqçisi Ağamusa Bağırov, “Uğur” FK-nun baş məşqçisi Qəzənfər Abbasov göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə və əziyyəti olmuş hər bir təşkilata öz minnətdarlığını bildirmişdir.
Sonda qalib komandalar Baş İdarənin fəxri fərmanı ilə təltif edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər