Sumqayıt məktəbliləri ilə peşəyönümü barədə söhbət aparılıb

641

Peşə seçimi hər bir gənc qarşısında duran ən vacib və taleyüklü məsələlərdən biridir. Müəyyən yaş dövrünə çatanda hər bir şəxs peşə seçimi qarşısında qalır. Bəs peşəni seçərkən nələri bilmək, kimlərdən məsləhət almaq, layiqli vətəndaş olmaq üçün nə etmək lazımdır?
Sumqayıt şəhər Məşğulluq Mərkəzində təşkil olunan növbəti peşəyönümü tədbirində müzakirələr bu mövzular ətrafında aparılıb.
Tədbirdə Sumqayıt şəhəri 2 və 4 nömrəli orta ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə yuxarı sinif şagirdləri və onların valideynləri, məktəblərin müəllim və psixoloqları iştirak ediblər.
Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli, “Təhsilin İnnovativ İnkişafı Mərkəzi”nin təlimçisi Aygül Məmmədova və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin mütəxəssisləri şagirdləri maraqlandıran sualları cavablayıblar.
Tədbirlərdə əyani vəsaitlərdən istifadə olunaraq yuxarı sinif şagirdlərinə və onların valideynlərinə düzgün peşə seçimi ilə bağlı zəruri məsləhət və tövsiyələr verilib.(Azertac)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər