“Sumqayıt” məşqlərə oktyabrın 12-də start verəcək

836
“Sumqayıt” istirahətə buraxılıb. Sportal.azklubun rəsmi saytına istinadən xəbər verir ki, Bernhard Raabın komandası oktyabrın 12-dən etibarən məşqlərə başlayacaq. Komanda gün ərzində 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək.
Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində, oktyabrın 21-də doğma azarkeşləri qarşısında “Rəvan”ı qəbul edəcək.
“Sumqayıt”ın əvəzedici komandası isə bu gündən etibarən hazırlıqlara başlayıb. Vaqif Paşayevin yetirmələri Mazasır qəsəbəsində yerləşən “Əlincə” stadionunda hazırlaşır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər