Sumqayıt-novxanı yolunda iki məktəblinin ölümü ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: sən demə, uşaqlar...

2392

Laçın rayon 21 saylı orta məktəbin direktoru dünən saat 10 radələrində, yəni dərs vaxtı iki şagirdin yol qəzasında ölməsi hadisəsinə münasibət bildirib.

Məktəbin direktoru Aygün Kərimova faciəvi şəkildə ölən şagirdlərin dərsdən yayınmadığını, hadisənin tənəffüs vaxtı olduğunu deyib: “Hadisə şagirdlər tənəffüsə çıxarkən baş verib. Digər şagirdlər dedilər ki, ikisi qaça-qaça dənizin sahilində şəkil çəkdirməyə gediblər. Deyiblər ki, tez şəkil çəkdirib gələcəklər. Məktəbin 8-ci sinfində oxuyurdular. Yol da bura yaxındır”.

2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunun öldüyü qəzanın sürücü Fəxrəddin Bəşirovun ucbatından baş verdiyini deyən direktor yük maşınınn hadisə vaxtı çox sürətlə hərəkət etdiyini əlavə edib: “Mənə dedilər ki, həmin yük maşını şirniyyat firmasına məxsusdur. Sürücünün dediyinə görə, guya qarşısına it çıxıb, ona görə də yolun kənarında dayanmış şagirdləri vurub. Deyilənə görə, maşını saatda 180 kilometr sürətlə sürürmüş”.

Qeyd edək ki, dünən saat 10-da Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobillə Dəniz Kənarı küçəsində hərəkətdə olarkən vurub öldürdüyü 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlu Sarıqaya yaşayış massivindəki Şəfəq düşərgəsində yerləşən məcburi köçkün məktəbinin şagirdləri imiş.

Bildirilir ki, hər iki yeniyetmə məcburi köçkün ailəsinin övladıdır və Sarıqayadakı keçmiş sanatoriya binalarında məskunlaşıblar. Dünən dərsə getmək üçün evdən çıxan yeniyetmələr məktəbə getməyərək dərsdən yayınıb. Onlar dəniz sahili istiqamətindən qəsəbəyə tərəf yolu keçmək istəyərkən sürətlə hərəkət edən “İsuzu”nun altında qalıblar.

 Qəza vaxtı sürücü Fəxrəddin Bəşirov əyləci sıxsa da, yük maşını asfaltın üzərində təxminən 20 metr xətt çəkərək dayana bilib.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sürücü F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. publika.az

 

Həmçinin oxuyun:

Sumqayıtda futbolçu qəzada həlak oldu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər