“Sumqayıt” “Paderborn”la qarşılaşıb

753

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız 2-ci Bundesliqada mübarizə aparan “Paderborn” klubuna 0:4 hesabı ilə məğlub olub.

1907-ci ildə yaradılmış “Paderborn” cari mövsümün ilk yarısında 39 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Bernhard Raabın komandası Antalyada ilk yoxlama oyununu Qazaxıstanın “Jetisu” klubuna qarşı keçirmiş və 2:0 hesabı ilə qalib gəlmişdi. Komandamız yanvarın 24-də Rusiyanın 1-ci liqa təmsilçisi “Fakel”I sınağa çəkəcək.

Sumqayıt – Paderborn 0:4
Qollar:
 Mehmet Kara, 75; 78. Enis Aluşi, 82; 87.
“Sumqayıt” meydana bu heyətlə çıxıb: Andriy Popoviç, Timur İsrafilov, Bədavi Hüseynov, Slavik Alxasov, Tərlan Quliyev, Abdulla Abatsiyev, Samir Abasov, Murad Səttarlı, Eşqin Quliyev, Uğur Pamuk, Kamil Nurəhmədov.
Meydana sonradan daxil olanlar: İlyas Quliyev, Orxan Əliyev, Ruslan Qurbanov, Ruslan Nəsirli, Ramil Həşizadə, Yasin Abbasov.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər