Sumqayıt pandemiya dövründə - REAL TV-NIN REPORTAJI

3883
Şəhər əhalisinin əksəriyyəti qoyulan qaydalara riayət edir

Ölkəmizdə gücləndirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhərlərdən biri də Sumqayıtdır.

Burda da koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bir sıra sərt məhdudiyyətlər tətbiq olunur.

Sumqayıt əhalisinin əksəriyyəti vəziyyətin ciddiliyini başa düşür və qaydalara riayət edirlər.

Şəhər ərazisində insanların qoyulan qaydalara duzgün riayət etmələrinə ciddi nəzarət olunur. Burda qaydalar istisnasız olaraq hər bir kəs üçün bərabərdir.

Müsbət hal isə odur ki, Sumqayıt əhalisinin əksəriyyəti tətbiq olunan qaydalara düzgün riayət edir və pandemiya dövründə birlik nümayiş etdirərək məsuliyyətlərini yaxşı başa düşürlər.

Çəkiliş etdiyimiz müddətdə şəhərdə çox az adam qarşımıza çıxdı və demək olarki gördüyümüz şəxslərin hamısı sosial məsafəyə riayət edərək qoruyucu vasitələrdən istifadən edirdi.

Bu şəkillər yəqinki çoxunuza tanışdır.

Bəli düz başa düşdünüz, bunlar Sumqayıtda çəkilib.

Burda yaşayan şəxslərin sosial məsafəyə riayət etməsi məncə çoxları üçün nümunə olmalıdır.

Bu təqdirəlayiq addımın atılmasında həm şəhər rəhbərliyinin həmdə burda xidmət edən polislərin payı var.

Mütəmadi olaraq Sumqayıt ərazisində dezinfeksiya işləri də həyata keçirilir.

Əsas yollar, ara məhəllələr, demək olar ki şəhərin hər tini xüsusi vasitələrlə dezinfeksiya edilir.

Dezinfeksiya işləri xüsusi texnika və canlı qüvvə vasitəsilə aparılır.

Yolda gedərkən xüsusi məhlulun qoxusunu hiss etməmək mümkün deyil.

Gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmçinin polis əməkdaşlarıda səfərbər olublar.

Şəhər ərazisində buraxılış postları qurulub və hər yalnız icazəsi olan şəxslərin hərəkətinə icazə verilir.

Polislərimiz eyni zamanda əhalinin sosial məsafəyə əməl etmələrinə və qoruyucu maskalardan istifadəsinə də nəzarət edir.

Sumqayıt polisi vətəndaşlara qarşı həmdə humanistlik nümayiş etdirir.

Misal üçün şəhərdə və ya ictimai nəqliyyatda qoruyucu maskası olmayan şəxslər, maska ilə təmin olunur. Özünüz baxın…

Polis təkçə qaydaların əməl olunmasına nəzarət etmir həmdə əhali arasında maarifləndirici tətbirlərdə aparır.

İnsanlara pandemiya şəraitində davranış qaydaları, vəziyyətin ciddiliyi və karantin rejimi ilə bağlı məlumatlar verilir.

Mağazalarda da eyni mənzərə ilə qarşılaşdıq.

Mağazaya daxil olan hər bir kəsin hərarəti ölçüldükdən sonra içəri buraxılır.

Kassaların önündə gözləyən insanlar ara məsafəsini qorumağa artıq öyrəşiblər.

Həm mağazada çalışanlar, həmdə satıcılar qaydalara əməl etməyi özlərinə borc bilirlər.

Pandemiya dövründə bir çox ölkələr üçün Azərbaycan nümunəsi yarandığı kimi, ölkəmizin bir çox şəhər və rayonları üçündə Sumqayıt nümunəsi yaranıb.

Karantin qaydaları indi pandemiya cəbhəsində vuruşan hər bir kəs üçün əsgər nizamnaməsidir.

Arxa cəbhədə qaydalara əməl etmək, ön cəbhədə vurşan həkimlərimizi qorumaq deməkdir.

Səngərinizi yəni evinizi tərk etməyin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər