Sumqayıt polisi AXCP üzvünü həbs etdi

649

Ötən gün Sumqayıtda AXCP üzvü Daşqın Məlikov saxlanılıb. Musavat.com-un məlumatına görə, onu saat 16 radələrində Sumqayıt bazarının yaxınlığında üç mülki geyimli saxlayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsindən Daşqın Məlikovun saxlanılmasının səbəbi belə izah edilib ki, onun üzərindən saxta pul aşkar edilib.

Dostları isə həbsi Daşqın Məlikovun son zamanlar Facebook sosial şəbəkəsindəki fəallığı ilə əlaqələndirirlər. Onunla görüşə icazə verilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər