Sumqayıt polisi karantin qaydalarını pozan koronavirus xəstələrinə qarşı müvafiq tədbirlər görur

533

Sumqayıt şəhərində COVID-19 infeksiyasına yoluxmuş xəstələr ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib. Belə ki, polis əməkdaşları tərəfindən şəhər ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri Telman Qasımov, İradə Tağıyeva və Füzuli rayon sakini Telman İmanovdur. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi proseduralı gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Qeyd edək ki, son bir həftədə Sumqayıtda 8 nəfər koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər