Sumqayıt polisi narkomaniyanın fəsadları barədə gəncləri maarifləndirir – FOTO

1030
Bu gün Sumqayıt şəhər Polis İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində narkotikin və narkomaniyanın törətdiyi fəsadlar və xəstəliklər barəsində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

sumqayitxeber.com xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə və şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Əliyev Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər haqqında məlumat verib.

Müasir dövrdə insan sağlamlığına zərər vuran, “ağ ölüm” kimi tanınan narkotik vasitələrin zərərindən bəhs edilib. Narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edilib. Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirən rəis müavini Anar Əliyev bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Sumqayıt şəhər Ağsaqallar Şurasının sədri Təbrik Quliyev, Narkomaniya üzrə ekspert Emil Maqalov, Sumqayıt şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Narkoloji dispanserin həkimi Vüsal Cabbarov və digər çıxış edənlər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını vurğulayıblar.

Sonda mövzu ətrafında tədbirdə iştirak edən tələbələr və şagirdlərlə fikir mübadiləsi aparılıb və sualları cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər