“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
“Gənclik şəhəri” təmsilçisindən “Report”a verilən məlumata görə, komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.