“Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub – FOTO

379
Noyabrın 22-də Sumqayıt Tibb Mərkəzində (STM) “Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub.
Xeberle.com xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova görüşü giriş sözü ilə açaraq vurğulayıb ki, 1952-ci ildən nəşrə başlayan, Sumqayıt şəhərinin yaranma və yaşam tarixində özünəməxsus yeri və rolu olan “Sumqayıt” qəzeti uzun illərdir ki, öz fəaliyyətini uğurla həyata keçirir.
S. Sadıxova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun imzaladığı 29.09.2022-ci il tarixli Sərəncamı ilə şəhərdə ictimai fikri düzgün formalaşdırmaq funksiyasını uğurla həyata keçirən “Sumqayıt” qəzetinin 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyini deyib.
Direktor, həmçinin 22 noyabr tarixinin əlamətdar bir gün olduğunu, Sumqayıtın şəhər statusu almasından 73 il ötdüyünü bildirib və bu münasibətlə kollektivi təbrik edib.
O, redaksiya kollektivinə fəaliyyətlərinin uğurla davam etdirilməsini arzulayıb.
Sonra söz “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyevə verilib. S. Quliyev qəzetin keçdiyi yol barədə ətraflı məlumat verib.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı isə şəhərimizin dünənindən, bu günündən, medianın cəmiyyətimizdəki rolundan danışıb.
Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva “Sumqayıt”la bağlı arzu, istək və təkliflərini bildirib.

 

 

Görüşdə, qəzetin əməkdaşı İlhamə Məmmədova şəhərimizlə və həkimlərimizlə bağlı mənsur şeirlərini səsləndirib.
Sonda bildirilib ki, qəzetin 70 illik yubileyi münasibəti ilə çoxillik səmərəli əməkdaşlığa görə baş redaktor Sübhan Quliyev Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülüb.
STM-in direktoru Səkinə Sadıxova mükafatı baş redaktora təqdim edib və gələcək fəaliyyətlərində yeni uğurlar arzu edib.
Görüşün maraqlı və məzmunlu təşkilinə görə S. Quliyev redaksiya əməkdaşları adından təşəkkürünü ifadə edib.
“Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub - FOTO

“Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub - FOTO

“Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub - FOTO

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər