Sumqayıt Regional Mədəniyyət İdarəsində ilin yekunları ilə bağlı müşavirə keçirilib – FOTOLAR

943
Dekabrın 29-da Sumqayıt Regional Mədəniyyət İdarəsi və ona tabe mədəniyyət müəssisələrinin 2021-ci ildə gördüyü işlərə və 2022-ci ildə qarşıda duran vəzifələrə dair müşavirə keçirildi.
Tədbirdə 2021-ci ildə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edən idarə rəisi Rəşad Əliyev ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı, cari ildə həyata keçirilmiş tədbirlər və tabe müəssisələrin fəaliyyəti haqqında məlumat verdi. Mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud problemlər təhlil olundu, İdarənin qarşısında duran vəzifələr, tabe müəssisələrin işlərində əsaslı dönüşün yaradılmasının vacibliyi müşavirə iştirakçılarının diqqətinə çatdırıldı. Hər bir müəssisə rəhbərini yeni reallığın tələblərinə uyğunlaşmağa – təşəbbüskar, kreativ ideyalarla çıxış edən, tapşırıqlara, tələblərə operativ yanaşmağa çağırdı.
İl ərzində görülən işlərdən danışan idarə rəisi bildirdi ki, cari ildə ümumilikdə 2725 tədbir təşkil olunub ki, onlardan da 202-si Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərdir.
Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyindən danışan Rəşad Əliyev bildirdi ki, cari ildə İdarə tərəfindən 8 nəfər şəhid və yaralanmış şəxslərin ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin olunublar. Həmçinin İdarənin təşəbbüsü və dəstəyi ilə 150-yə yaxın şəhid ailəsi və qaziyə yardım göstərilib.
Daha sonra Abşeron rayonu üzrə baş məsləhətçi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Şuşa rayonu üzrə baş məsləhətçi Zahid Abbasov çıxış edərək il ərzində görülmüş işlər haqqında məlumat verdilər.
Müşavirənin sonunda kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzuladı və bu formatda görüşlərin davam etdiriləcəyi bildirdi. Növbəti il üçün tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması, mövcud problem və nöqsanların aradan qaldırılması üçün idarənin əməkdaşlarına, müəssisə rəhbərlərinə tövsiyə və göstərişlər verildi.

Sumqayıt Regional Mədəniyyət İdarəsində ilin yekunları ilə bağlı müşavirə keçirilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər