Belə ki, Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zalında “27 sentyabr–Dünya Turizm Günüdür” adlı sərgi tərtib edilib. Sərgidə son illər Azərbaycanda Turizmin inkişafına həsr olunmuş bukletlər, jurnallar, yeni yaradılmış istirahət məkanları və turistlərin diqqətini cəlb edən milli-mədəni abidələri əks etdirən materiallar nümayiş olunub. Eyni zamanda dünya turizm sahəsindəki (İran, Türkiyə, Gürcüstan, Rusiya, İngiltərə) yeniliklərdən bəhs edən materiallar da işıqlandırılıb.
Bu əlamətdar gün münasibətilə muzeydə 26-27 sentyabrda “Açıq qapı” günləri elan edilib və ekskursiyaya gələn ziyarətçilərə muzey əməkdaşları tərəfindən xidmət olunub.
Sumqayıt şəhər kitabxanalarında da mövzu ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. S.Vurğun adına Mərkəzi kitabxananın abonoment və incəsənət şöbələrində, Ə.Vahid adına kitabxana filialda, Gənclər kitabxanasında və N.Gəncəvi adına Kitabxana klubda turizmə aid kitab və dövri mətbuat materiallarının əks olunduğu sərgi nümayiş olunub.
Bundan başqa M.Ə.Sabir adına kitabxana filialda “Azərbaycan turizmi tərəqqi yollarında” adlı dəyirmi masa keçirilib. Tədbirdə şair Asif Asiman, Elbrus Qayalı və şairə Rəhilə Veysəllinin mövzu ilə əlaqədar çıxışları dinlənilib..
Mərkəzi uşaq kitabxanasında təşkil olunan “Oxu, öyrən, gəz, tanı, doğma Azərbaycanı” adlı virtual səyahət zamanı balaca oxuculara Ümumdünya Turizm gününün təsis olunma tarixi, Azərbaycanda turizmin inkişafı, yay və qış turizm sektoru haqqında məlumat verilib, doğma şəhərimizin turizm imkanları, tarixi və mədəni abidələri, istirahət ünvanları ilə bağlı videoçarx izlənilib.
N.Gəncəvi adına Kitabxana klubda və Şəhər Gənclər kitabxanasında da Ümumdünya Turizm günü ilə bağlı açıq qapı günü keçirilib. N.Gəncəvi adına Kitabxana klubda keçirilən tədbirdə kitabxanada fəaliyyət göstərən “Rəsm” dərnəyi üzvlərinin ölkəmizin səfalı yerlərini əks etdirən rəsmləri nümayiş olunub.
Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində şagirdlərin iştirakı ilə Azərbaycanın tarixini, milli adət ənənənələrini, mətbəxini, təbiətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi nümaiş edilib.