Sumqayıt sakini Cəlilabadda yol qəzasına düşdü, xəsarət aldı

260

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosu xəbər verir ki, ilkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər