Sumqayıt sakinindən narkotik vasitələr, pnevmatik silah götürülüb

586

Sumqayıt şəhər sakinindən narkotik vasitələr, pnevmatik silah götürülüb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində yaşayan Aslan Süleymanovdan 101,790 qram heroin götürülüb.

Aslan Süleymanovun mənzilinə baxış zamanı 1 kiloqram tiryək, 303,087 qram heroin, 1 ədəd “MP-654” markalı pnevmatik tapança, ona aid 200 ədəd güllə, 1 ədəd elektron tərəzi, 4 ədəd telefon aşkar edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər